Axtarmaq üçün Enter düyməsinə basın
Sayt 1993-cü ildən fəaliyyət göstərən və Dövlət Reyestrində qeydə alınmış "Təzadlar" qəzetinin elektron versiyasıdır. Bütün hüquqlar qorunur.

Özəl nəşriyyatlar tərəfindən hazırlanan iş dəftərlərində müəyyən qüsurlar olur.
Tezadlar.az xəbər verir ki, bunu Təhsil İnstitutunun Tədris Resursları Mərkəzinin direktoru Zaur İsayev canlı yayımda bildirib.
Onun sözlərinə görə, Elm və Təhsil Nazirliyinin Təhsil İnstutu ilə hazırladığı iş dəftərlərindən istifadə etmək tövsiyə edilir:
“Təhsil İnstitutunun hazırladığı iş dəftərləri minimum ucuz qiymətə satılır. Sadəcə çap qiymətinə satılır demək olar. İş dəftərlərindən istifadə məcburi deyil, amma arzuolunandır”.
O həmçinin bildirib ki, dərsliklərlə bağlı bütün müəllimlər elektron poçt ünvanı vasitəsilə rəy bildirə bilərlər:
“Həmin elektron poçt ünvanı vasitəsilə göndərilən rəylər həm birbaşa dərslik müəllifinə, həm də Təhsil Nazirliyinə gedir. Elmlər Akademiyasının dərsliklərlə bağlı rəy verilməsinə cəlb edilməsi vacibdir.