Axtarmaq üçün Enter düyməsinə basın
Sayt 1993-cü ildən fəaliyyət göstərən və Dövlət Reyestrində qeydə alınmış "Təzadlar" qəzetinin elektron versiyasıdır. Bütün hüquqlar qorunur.


Samara vilayətində Promsintez zavodunda partlayış baş verib.
Vəziyyətlə tanış olan mənbə Samara vilayətinin Çapayevsk şəhərindəki Promsintez zavodunda baş vermiş partlayış nəticəsində 6 nəfərin öldüyünü bildirib.
Tezadlar.az yerli mətbuata istinadən xəbər verir ki, hadisə zamanı iki nəfər də yaralanıb.
“Kəmərin bir hissəsinin dəyişdirilməsi işləri zamanı zavodun ərazisində partlayış baş verib. Müəssisənin 6 əməkdaşı həlak olub, ikisi yaralanıb”, – mənbə bildirib.
Partlayış iyulun 7-də səhər saat on bir radələrində baş verib. Hadisə nəticəsində dağıntı olmayıb. Təfərrüatlar aydınlaşacaq. Yaralılara həkimlər tərəfindən tibbi yardım göstərilir.
E.ŞİRİNOV