Axtarmaq üçün Enter düyməsinə basın
Sayt 1993-cü ildən fəaliyyət göstərən və Dövlət Reyestrində qeydə alınmış "Təzadlar" qəzetinin elektron versiyasıdır. Bütün hüquqlar qorunur.


Dekabrın 24-də müəssisədə baş vermiş partlayışdan sonra “Lesmash Corporation” MMC-nin yığma sexinin rəisi saxlanılıb.
Tezadlar.az bu barədə Rusiya Federasiyasının Krasnoyarsk diyarı və Xakasiya Respublikası üzrə regional İstintaq Komitəsinin mətbuat xidmətinə istinadən xəbər verir.
“Abakanda şirkət işçilərinin ölümü və xəsarət alması ilə bağlı aparılan cinayət işi çərçivəsində “Lesmash Corporation” MMC-nin montaj sexinin rəisi saxlanılıb”, – məlumatda deyilir.
Hazırda müstəntiqlər axtarışlar aparır, saxlanılan şəxsin təqsirinin dərəcəsini aydınlaşdırmağa kömək edəcək sənədləri götürürlər.
Xatırladaq ki, əvvəllər partlayışla bağlı “İş zamanı təhlükəsizlik qaydalarının pozulması nəticəsində iki və daha çox şəxsin ölümü” maddəsi ilə cinayət işi açılıb.
Qeyd edək ki, zavodda baş verən partlayış nəticəsində 2 nəfər ölüb, 4 nəfər yaralanıb.
E.ŞİRİNOV