Əsas məzmuna keç

ZAXAROVA: BMT-NİN KİRİLLOVUN QƏTLİNƏ REAKSİYASI KORRUPSİYANIN SÜBUTUDUB

Rusiya Xarici İşlər Nazirliyinin rəsmi nümayəndəsi Mariya Zaxarova BMT-nin Rusiya Silahlı Qüvvələrinin radiasiya, kimyəvi və bioloji müdafiə qüvvələrinin rəhbəri general-leytenant İqor Kirillovun qətlinə reaksiyasını “korrupsiya sübutu” adlandırıb.

Tezadlar.az xəbər verir ki, “Sputnik” radiosunda BMT-nin müvafiq reaksiyasını şərh etmək istəyinə cavab verən diplomat, “Mən hesab edirəm ki, bu, korrupsiyanın sübutudur” deyib.

Əvvəllər BMT Kirillova qarşı törədilən terror aktını pisləməyib və yalnız gərginliyi daha da artırmaqdan çəkinməyə çağırıb.

E.ŞİRİNOV

Ən son xəbərləri “Təzadlar”ın Facebook səhifəsində izləyin

Sosial şəbəkələrdə paylaşın

Növbəti xəbər yüklənir…