Axtarmaq üçün Enter düyməsinə basın
Sayt 1993-cü ildən fəaliyyət göstərən və Dövlət Reyestrində qeydə alınmış "Təzadlar" qəzetinin elektron versiyasıdır. Bütün hüquqlar qorunur.

Rusiya Avropa İttifaqının (Aİ) yeni sanksiyalar tətbiq etməsinə lazımi cavabı verir.
Tezadlar.az xəbər verir ki, bunu Rusiya Xarici İşlər Nazirliyinin rəsmi nümayəndəsi Mariya Zaxarova brifinqdə deyib.
“Ən təəccüblü odur ki, Aİ səlahiyyətliləri indi sanksiyalar qəbul etməklə öz ölkələrinə münasibətdə əks-məhsuldar hərəkət etdiklərini başa düşürlər. Düzünü desəm, dünyada belə bir şey xatırlamıram ki, onların öz iqtisadiyyatları belə fanatizmlə məhv edilib. Biz buna necə reaksiya veririk? Özünüz də yaxşı bilirsiniz”, – diplomat deyib. – “Biz iqtisadiyyatımızı, istehsalımızı gücləndiririk. Biz həmişə reaksiya verəcəyik, güzgü kimi, cavab olaraq, bizə sərfəli olan formada reaksiya verəcəyik”.
E.ŞİRİNOV