22 Dekabr 2022 / 10:54

ZAXAROVA UKRAYNA BAYRAĞININ “YENİ DİZAYNINI” ƏLƏ SALIB

Rusiya Xarici İşlər Nazirliyinin rəsmi nümayəndəsi Mariya Zaxarova Ukraynanın BMT-dəki daimi nümayəndəsi Sergey Kislitsanın sosial şəbəkələrdə yerləşdirdiyi Ukrayna bayrağının yeni dizaynını ələ salıb.

Bundan əvvəl Ukrayna nümayəndəsi Twitter-də ulduz zolaqlı bayrağın sarı və mavi rənglərdə təsvirini yerləşdirib.

“İllərdir danışdığımız, amma bizə inanmayanlar baş verdi”, – Zaxarova Telegram kanalında istehza edib.

Bundan sonra diplomat zarafatla Ukrayna tərəfini təbrik edib.

E.ŞİRİNOV

Xəbər maraqlı gəldi? Sosial şəbəkələrdə paylaşın
Link kopyalandı!