26 İyul 2025 / 13:51

Zaxarova Ukraynada antikorrupsiya qurumlarının yaradılmasının məqsədini açıqlayıb

Ukrayna Milli Antikorrupsiya Bürosunun (NABU) və İxtisaslaşdırılmış Korrupsiyaya Qarşı Mübarizə Prokurorluğunun (SAPO) yaradılmasında məqsəd korrupsiya ilə mübarizə deyil, Vladimir Zelenski və onun administrasiyasının fəaliyyətinə Qərbdən nəzarət etməkdir.

Tezadlar.az “RİA Novosti”yə istinadən xəbər verir ki, bu barədə Rusiya Xarici İşlər Nazirliyinin rəsmi nümayəndəsi Mariya Zaxarova bildirib.

“Bunlar birbaşa Bankovaya, Zelenskiyə nəzarət rıçaqları və Ukraynaya gələn nəhəng vəsaitlərin yuyulmasıdır ki, onlardan bəziləri əvvəlki mövqelərinə, Qərb banklarına, fondlarına və s.-ə qayıtsın”, – Zaxarova izah edib.

Onun sözlərinə görə, Kiyev əslində korrupsiya ilə mübarizə aparmır.

Bundan əvvəl BVF Ukrayna hakimiyyətinə korrupsiyaya qarşı mübarizə qanunvericiliyinə edilən dəyişikliklərlə əlaqədar iqtisadiyyatdakı problemlər barədə xəbərdarlıq etmişdi.

Bu həftə Ali Rada NABU və SAP-ın müstəqilliyini ləğv edən layihəni dəstəkləyib. Zelenski bu qərarı təsdiqlədikdən sonra ölkədə etirazlar və mitinqlər başlayıb, dövlət başçısının özü isə yüksək rütbəli Qərb tərəfdarları tərəfindən tənqid atəşinə tutulub.

Sonda təzyiqlərə boyun əyib və bu qurumların demək olar ki, bütün səlahiyyətlərini bərpa edən yeni təşəbbüslərlə çıxış edib.

E.ŞİRİNOV

Xəbər maraqlı gəldi? Sosial şəbəkələrdə paylaşın
Link kopyalandı!