7 Noyabr 2025 / 18:44

Zəfər Günü: Metropoliten əlavə qatarlar ayıracaq

“Bakı Metropoliteni” QSC noyabrın 8-də keçiriləcək Zəfər Gününə həsr olunmuş hərbi parad və konsert proqramı ilə əlaqədar gücləndirilmiş iş rejiminə keçəcək.

Tezadlar.az bu barədə səhmdar cəmiyyətinə istinadən xəbər verir.

Məlumata görə, paytaxtın mərkəzində yerləşən “İçərişəhər”, “Sahil” və “28 May” stansiyalarında nəzarət və növbətçilik mexanizmləri artırılacaq, sərnişin axınının tənzimlənməsi üçün əlavə işçi qüvvəsi cəlb olunacaq.

Sərnişinlərin təhlükəsiz və rahat daşınmasını təmin etmək məqsədilə ehtiyac yaranarsa, ehtiyat qatarlar da xəttə buraxılmağa hazır vəziyyətdə saxlanılacaq.

Xəbər maraqlı gəldi? Sosial şəbəkələrdə paylaşın
Link kopyalandı!