Əsas məzmuna keç

Zəfərin 5-ci ildönümü – Baş Prokurorluqda tədbir keçirilib

Azərbaycan Respublikasının ərazi bütövlüyünün bərpa olunmasının 5-ci ildönümü münasibətilə 30 oktyabr 2025-ci il tarixində Baş Prokurorluğun Elm-Tədris Mərkəzində “Gənclərin gözü ilə: Zəfər, tarix, hüquq və ədalət” mövzusunda çıxış formatlı müsabiqə təşkil edilib.

Tezadlar.az  xəbər verir ki, tədbir 44 günlük Vətən müharibəsində qazanılmış tarixi Qələbənin mənəvi-siyasi əhəmiyyətinin gənclər arasında daha dərindən təbliği, vətənpərvərlik ruhunun gücləndirilməsi və hüquqi ədalət dəyərlərinin möhkəmləndirilməsi məqsədi daşıyırdı.

Tədbirdə 14 ali təhsil müəssisəsini təmsil edən professor-müəllim heyəti, tələbə və kursantlar, eləcə də prokurorluq əməkdaşları iştirak etmişlər. Ümumilikdə 300-ə yaxın gəncin iştirakı ilə keçirilən müsabiqə Zəfərə aparan tarixi yolun, Müzəffər Ali Baş Komandan, Azərbaycan Respublikasının Prezidenti cənab İlham Əliyevin sarsılmaz iradəsinin, bu mübarizədə Şanlı Azərbaycan Ordusunun rəşadətinin, eləcə də xalq-dövlət həmrəyliyinin müstəsna rolunu bir daha vurğulayıb.

Çıxışlar münsiflər heyəti tərəfindən qiymətləndirilib və müsabiqənin nəticələrinə uyğun olaraq iştirakçılara nominasiyalar təqdim olunub.

Ən son xəbərləri “Təzadlar”ın Facebook səhifəsində izləyin

Sosial şəbəkələrdə paylaşın

Növbəti xəbər yüklənir…