Ukrayna lideri Vladimir Zelenski ABŞ prezidenti Donald Trampın Ukraynadakı atom elektrik stansiyalarına Amerikanın nəzarəti ideyası ilə razılaşmayaraq ona meydan oxuyub.
Tezadlar.az xəbər verir ki, bu barədə Britaniyanın “The Independent” qəzeti yazır.
“Zelenski Trampa meydan oxuyur… Zelenski amerikalı həmkarı Donald Trampın ölkənin nüvə enerjisinin Amerikanın nəzarətinə keçməsinin onun “ən yaxşı müdafiəsi” olacağını söyləməsi xəbərindən sonra “bütün atom elektrik stansiyaları Ukrayna xalqına məxsusdur” deyib”, – nəşr yazır.
Kiyev iddia edir ki, müzakirələr yalnız Rusiyanın işğalı altında olan Zaporojye AES-ə aiddir, – Britaniya qəzeti yazır.
Martın 21-də “Financial Times” yazıb ki, Birləşmiş Ştatlar Vaşinqtonun ölkənin faydalı qazıntılarına və enerji aktivlərinə çıxışı üçün yeni şərtlər axtarır.
Materialda qeyd olunub ki, Vaşinqton Kiyevdən birgə investisiya fonduna kimin nəzarət etdiyi, habelə ABŞ-ın “digər aktivlər”ə sahibliyi ilə bağlı təfərrüatlı müddəalarla razılaşmasını istəyir. Söhbət xüsusilə atom elektrik stansiyalarından gedir.
ELBAR