Zelenski ABŞ-ın Ukrayna üzrə xüsusi nümayəndəsi ilə görüşüb

Ukrayna prezidenti Vladimir Zelenski ABŞ prezidenti Donald Tramp və Avropa liderləri ilə danışıqlardan əvvəl ABŞ liderinin Ukrayna və Rusiya üzrə xüsusi elçisi Keyt Kelloq ilə görüşüb.

Tezadlar.az xəbər verir ki, bu barədə “Ukrinform” agentliyi mənbələrə istinadən məlumat yayıb.

Görüş Vaşinqtonda, ABŞ prezidentinin iqamətgahından bir qədər də uzaq olmayan Hay-Adams otelində keçirilir.

Kelloq Tramp və Rusiya prezidenti Vladimir Putin arasında avqustun 15-də Alyaskada keçirilən danışıqlarda iştirak etməyib.

Onu da qeyd edək ki, Tramp və Zelenskinin görüşü Bakı vaxtı ilə saat 21:15-ə planlaşdırılıb. Gözlənilir ki, Tramp və Zelenskinin əvvəlcə təkbətək söhbəti olacaq, daha sonra onlara Avropa liderləri də qoşulacaq. Onlar birgə şəkil çəkdirəcəklər və Ukrayna və ABŞ prezidentləri ilə Avropa liderləri arasında danışıqlar saat 23:00-a planlaşdırılıb. Daha əvvəl CNN məlumat vermişdi ki, Kiyevdə və digər Avropa paytaxtlarında Trampın Putinin münaqişənin həlli ilə bağlı baxışını Zelenskiyə sırımağa çalışacağına dair narahatlıqlar var və o, bundan imtina edərsə, ABŞ prezidenti hər şeydə Kiyevi günahlandıracaq və danışıqlardan geri çəkiləcək.

E.ŞİRİNOV

Xəbəri paylaş

Xəbər lenti