Trampın son bəyanatı Ukrayna Prezidenti Volodimir Zelenskini bəzi faktları açıqlamağa məcbur edib. O, Ukraynanın ABŞ-dan aldığı hərbi yardımın ümumi məbləğini sadalayıb. Tezadlar.az “Ukrainskaya pravda”ya istinadla bildirir ki, Zelenski bu barədə amerikalı jurnalist Ben Şapiraya verdiyi müsahibədəsində deyib. danışıb. Sitat: “Mənim ölkəm nə qədər yardım aldığını açıq şəkildə sənədləşdirir. Bildiyiniz kimi, biz 105 milyard dollar almışıq. Bunun da böyük hissəsi silah şəklində olub”. Zelenski əlavə edib ki, bu silahlar birbaşa döyüş meydanında istifadə olunub. O, bəzi KİV-lərdə yayılan, guya bu silahların bir hissəsinin başqa ölkələrə ötürülməsi ilə bağlı iddiaları isə qəti şəkildə təkzib edib.
Cəbhədə isə müharibə davam edir. Rusiyanı günahlandıran ölkələrin isə sayı durmadan artır. Artıq Rusiyanın özündə də bu müharibədən yorulduqlarını dilə gətirənlərin açıq çıxışları görünür.
A.Məmmədli