Əsas məzmuna keç

Zelenski ABŞ və Rusiya ilə keçiriləcək görüşə ciddi hazırlaşır ki…

Artıq dəqiqdir ki, Ukrayna nümayəndə heyəti böyük ehtimalla fevralın 1-də baş tutacaq ABŞ və Rusiya danışıqlar komandaları ilə yeni görüşə maksimum hazırlıqlı olacaq. Tezadlar.az “Ukrainskaya pravda”ya istinadla xəbər verir ki, bu barədə Ukrayna Prezidenti Volodimir Zelenski öz müraciətində bildirib. Sitat: “Nümayəndə heyətlərinin bazar günü yenidən planlaşdırılan görüşünün tezləşməsi yaxşı olardı. Ukrayna müzakirə edilməli və razılaşdırılmalı olan bütün məsələlər üzrə maksimum hazırlıqlı olacaq”. Zelenski vurğulayıb ki, Ukrayna həmişə sülhün tərəfində olub və olacaq və müharibə indiyə qədər yalnız Rusiyanın mövqeyi səbəbindən davam edir.

Hesab etmək olar ki, bu dəfəki görüşlər müsbət nəticə ilə sonlanacaq, dəhşətli müharibəyə son qoyulacaq!

Ən son xəbərləri “Təzadlar”ın Facebook səhifəsində izləyin

Sosial şəbəkələrdə paylaşın

Növbəti xəbər yüklənir…