Axtarmaq üçün Enter düyməsinə basın

Arxiv Təqvimi

Tarix seçin və həmin günün xəbərlərini görün

-- 0 xəbər
Xəbərləri Gör
22 İyun 2026 / 08:45

Zelenski “Ağ Qartal” ordenini Polşa prezidentinə poçtla geri göndərdi

Ukrayna Prezidenti Volodimir Zelenski Polşa Prezidenti Karol Navrotski tərəfindən ordenin geri alınması ilə bağlı qərardan sonra “Ağ Qartal” ordenini poçt vasitəsilə geri göndərdiyini açıqlayıb. Tezadlar.az “Ukrainskaya pravda”ya istinadla xəbər verir ki, Zelenski sosial şəbəkədə paylaşdığı fotolarda ordenin poçt vasitəsilə Polşa prezidentinin ünvanına göndərildiyini göstərib. Şəkillərdən birində onun “Nova Poşta” şöbəsində olduğu görünür. Ukrayna lideri bildirib ki, Polşa prezidenti bir gün əvvəl “Ağ Qartal” ordeninin adi mükafat olmadığını, Polşa dövlətinin ən yüksək etimad və minnətdarlıq rəmzi sayıldığını vurğulamışdı: “Əgər hesab olunursa ki, bu xüsusi simvol II Yekaterina, Benito Mussolini və Gerhard Şröderdə qala bilər, lakin Ukraynada qala bilməz, biz bununla bağlı mübahisə etməyəcəyik”, – deyə Zelenski qeyd edib.

Prezident vurğulayıb ki, Ukrayna Polşa xalqına göstərdiyi dəstək və əməkdaşlığa görə minnətdardır. Onun sözlərinə görə, bu əməkdaşlıq həm Ukraynanın, həm də Polşanın Rusiyadan müstəqilliyinin qorunmasında mühüm rol oynayır: “Ukrayna həmrəyliyi heç vaxt unutmur və anlayır ki, regionumuzda dövlətlər və xalqlar arasında əməkdaşlıq həm ukraynalılar, həm də qonşu ölkələrin vətəndaşları üçün vacib təhlükəsizlik təminatıdır”, – deyə o bildirib.
Zelenski əlavə edib ki, ukraynalılar Avropanın məğlubiyyətinə yol verməmək üçün əllərindən gələni edirlər və Rusiyanın təcavüzünə qarşı mübarizə aparan milyonlarla ukraynalının qəhrəmanlığı hörmətə layiqdir. Onun sözlərinə görə, Ukrayna tərəfi 2023-cü ildə təqdim edilən “Ağ Qartal” ordeninin əslində Ukrayna xalqına və Ukrayna ordusuna verilmiş mükafat olduğunu düşünürdü: “Bizə o zaman belə deyilmişdi. Bu gün ordeni Polşa prezidentinə göndərdim. Hesab edirəm ki, gələcək ukraynalılara olan hörmətin təsdiqi olacaq”, – deyə Zelenski qeyd edib.

Xəbər maraqlı gəldi? Sosial şəbəkələrdə paylaşın
Link kopyalandı!