Əsas məzmuna keç

Zelenski Aİ-nin 17-ci sanksiya paketinə görə təşəkkür etdi

Ukrayna Prezidenti Volodimir Zelenski Avropa Komissiyasının (AK) prezidenti Ursula fon der Lyayen ilə telefon danışıqları aparıb.

Bu barədə “RBK-Ukrayna”ya istinadən Tezadlar.az məlumat yayıb.

V.Zelenski Ursula fon der Lyayenə və Avropa İttifaqına (Aİ) Rusiyaya qarşı 17-ci sanksiya paketinin qəbul edilməsinə görə təşəkkür edib.

Ukrayna Prezidenti bunun düzgün istiqamətdə atılan addım olduğunu qeyd edib.

V.Zelenski bildirib ki, tərəflər, həmçinin Aİ-nin Rusiyaya qarşı 18-ci sanksiya paketinə hazırlığı müzakirə ediblər. Ukrayna Prezidenti maliyyə sxemləri, banklar, neft kimi sahələrə sanksiya təzyiqinin zəruriliyinə xüsusi diqqət yönəldib.

Ən son xəbərləri “Təzadlar”ın Facebook səhifəsində izləyin

Sosial şəbəkələrdə paylaşın

Növbəti xəbər yüklənir…