Əsas məzmuna keç

Zelenski Azərbaycana təşəkkür etdi

Ukrayna Prezidenti Volodimir Zelenski Azərbaycan dövlətinə təşəkkürünü bildirib.

Tezadlar.az xəbər verir ki, bu barədə Zelelnski özünün X sosial səhifəsində yazıb.

“Ukraynanı qlobal diqqət mərkəzində saxladıqlarına görə Argentina, Avstriya, Azərbaycan, Belçika, Bolqarıstan, Kanada, Xorvatiya, Avropa Şurası, Çexiya, Ekvador, Avropa Birliyi, Estoniya, Finlandiya, Fransa, Gürcüstan, Almaniya, Yunanıstan, İraq, İrlandiya, İsrail, İtaliya, İordaniya, Latviya, Litva, Lüksemburq, Moldova, Monteneqro, Şimali Makedoniya, Filippin, Polşa, Portuqaliya, Koreya Respublikası, Rumıniya, Slovakiya, Sloveniya, İspaniya, Tayland, Türkiyə, Birləşmiş Ərəb Əmirlikləri, Birləşmiş Krallıq, Amerika Birləşmiş Ştatları və Vyetnama minnətdaram. Hər bir dəstək jesti vacibdir”, – deyə Ukrayna Prezidenti bildirib.

“Ukraynanın müstəqilliyinin bərpasının 35-ci ildönümü ilə bağlı Ukrayna və ukraynalılar haqqında fikirlərinizi yüksək qiymətləndiririk”, – Zelenski daha sonra qeyd edib.

 

Ən son xəbərləri “Təzadlar”ın Facebook səhifəsində izləyin

Sosial şəbəkələrdə paylaşın

Növbəti xəbər yüklənir…