Ukrayna prezidenti Volodimir Zelenski Rusiya prezidenti Vladimir Putinin hər il Moskvada keçirilən faşizm üzərində Qələbə günü tədbirləri ilə əlaqədar bu iki ölkə arasında müharibəyə üç günlük atəşkəs elanını tənqid edib. Tezadlar.az xatırladır ki, Zelenski bildirib ki, atəşkəs üçün o vaxta qədər gözləməyə ehtiyac yoxdur.
“Nədənsə hamı atəşi dayandırmazdan əvvəl mayın 8-dək gözləməlidir – sadəcə Putinə paradı üçün sakitliyi təmin etmək üçün. Biz paradlara yox, insan həyatına dəyər veririk”, – Zelenski gecə videomüraciətində deyib. “Atəş bir neçə gün dayanmamalıdır ki, onlar daha sonra yenidən öldürə bilsinlər. Atəşkəs dərhal, tam və qeyd-şərtsiz olmalıdır- davamlı və etibarlılığı üçün azı 30 günlüyə. Yalnız bu şəkildə həqiqi diplomatik səylərin təməli qoyula bilər”, – o vurğulayıb.