Ukrayna Prezidenti Volodimir Zelenski ilin əvvəlindən bəri cəbhə xəttinin müxtəlif nöqtələrində Rusiya ordusuna qarşı üç ayrı əks-hücum əməliyyatı keçirdiklərini bildirib və əlavə edib: “Qeyd etmək lazımdır ki, bu il cəbhə xəttindəki mövqeyimiz bu müharibədə uzun müddətdir olduğundan daha güclüdür”.
Tezadlar.az xəbər verir ki, Zelenski sosial media hesabında paylaşdığı gündəlik video mesajında Rusiya-Ukrayna müharibəsindəki mühüm hadisələri qiymətləndirib.
Ukrayna ordusu və təhlükəsizlik qüvvələrinin nümayəndələri ilə görüşdüyünü qeyd edən Zelenski onlardan cəbhə xəttindəki hadisələr barədə məlumat aldığını bildirib.
Xarkov vilayətinin Kupyansk şəhəri istiqamətində Rusiya ordusuna qarşı aparılan “Veles” əks-hücum əməliyyatına toxunan Zelenski deyib: “Ruslar mövqelərimizi keçmək üçün yeraltı qaz boru kəmərlərindən istifadə etməyə çalışdılar. Əsgərlərimiz bu taktikanı ruslara qarşı çevirdilər və işğalçıya qarşı bu yeraltı rabitə sistemindən böyük uğurla istifadə etdilər”.
“Mövqeyimiz uzun müddətdir olduğundan daha güclüdür”
Zelenski həmçinin ilin əvvəlindən bəri cəbhənin müxtəlif ərazilərində aparılan iki ayrı əks-hücum nəticəsində 1000 kvadrat kilometr əraziyə nəzarəti bərpa etdiklərini və Velesin üçüncü əks-hücum olduğunu bildirib.
Zelenski müttəfiqlərin Ukraynaya vaxtında dəstək verəcəyi təqdirdə cəbhədə daha da uğurlu ola biləcəklərini iddia edib və deyib: “Qeyd etmək lazımdır ki, bu il cəbhədəki mövqeyimiz bu müharibədə uzun müddətdir olduğundan daha güclüdür.”
ELBAR







