Əsas məzmuna keç

Zelenski: “Bu müharibə bizim seçimimiz deyil, cavab Moskvadadır”

Ukrayna Prezidenti Volodimir Zelenski cəbhə xəttindəki son vəziyyətlə bağlı yeni açıqlama ilə çıxış edib. O, Ukrayna hərbçilərinin fədakarlığını vurğulayıb və Ali Baş Komandan Oleksandr Sırski ilə keçirdiyi gündəlik operativ müşavirəyə əsaslanaraq Donetsk istiqamətində, xüsusilə Pokrovsk cəbhəsində şiddətli döyüşlərin davam etdiyini bildirib.

Prezident bildirib ki, hazırda cəbhənin bütün istiqamətlərində sutkada 100-dən çox silahlı toqquşma qeydə alınır. Eyni zamanda Ukrayna ordusu Kursk və Belqorod vilayətlərində də fəal hərbi əməliyyatlar apararaq ölkənin sərhəd ərazilərini preventiv şəkildə müdafiə edir.

“Bu müharibə bizim seçimimiz deyil. Bu – işğalçının hücumuna qarşı hüquqi və əxlaqi müdafiədir. Müharibənin səbəbləri və cavabları Moskvadadır. Onun nə zaman bitəcəyinə isə dünya ictimaiyyəti qərar verəcək,” – deyə Ukrayna lideri vurğulayıb.

Prezident əlavə edib ki, Ukrayna istənilən danışıqlar formatına açıqdır və dialoqdan çəkinmir: “Biz görüşlərdən qorxmuruq. Sabah – artıq Türkiyədəyik.”

Toğrul İSMAYIL

Ən son xəbərləri “Təzadlar”ın Facebook səhifəsində izləyin

Sosial şəbəkələrdə paylaşın

Növbəti xəbər yüklənir…