Əsas məzmuna keç

ZELENSKİ CİDDİ DƏYİŞİKLİKLƏR VƏD EDİB

Ukrayna prezidenti Vladimir Zelenski Valeri Zalujnının Ukrayna Silahlı Qüvvələrinin (USQ) baş komandanı vəzifəsindən istefası fonunda Ukrayna ordusunda ciddi dəyişikliklər vəd edib. Ölkə başçısı bildirib ki, indi Ukrayna qüvvələrinin hərəkətə keçmək üçün daha geniş imkanları olacaq.

“Bu gün vacib görüşlər. Biz Ukraynanın müdafiə və təhlükəsizlik qüvvələrini yeniləməyə davam edirik. Komanda effektivdir. Dəyişikliklər olacaq”, – Vladimir Zelenski Telegram kanalında yazıb.

Ukrayna ordusunda kadr dəyişiklikləri Valeri Zalujnının vəzifədən uzaqlaşdırılmasından sonra başlayıb.

Bundan əvvəl Zalujnının yerini Ukrayna Silahlı Qüvvələrinin quru qoşunlarının keçmiş komandanı Aleksandr Sırski tutduğu bildirilirdi. Qərb mediası onun daha aqressiv döyüş taktikasına sadiq qaldığını qeyd edib. Pravda.ru xəbər verir ki, Ukrayna Silahlı Qüvvələrinin Baş Qərargah rəisi Sergey Şaptala da vəzifəsindən azad edilib.

Ən son xəbərləri “Təzadlar”ın Facebook səhifəsində izləyin

Sosial şəbəkələrdə paylaşın

Növbəti xəbər yüklənir…