Axtarmaq üçün Enter düyməsinə basın
Sayt 1993-cü ildən fəaliyyət göstərən və Dövlət Reyestrində qeydə alınmış "Təzadlar" qəzetinin elektron versiyasıdır. Bütün hüquqlar qorunur.

Ukrayna Prezidenti Volodimir Zelenski bildirib ki, rəsmi Kiyev Amerika tərəfi ilə danışıqların son mərhələsi fonunda hadisələrin istənilən inkişaf variantına hazırdır. Tezadlar.az “Ukrainskaya pravda”ya istinadla xəbər verir ki, Ukrayna lideri mövqeyini teleqram kanalında axşam çıxışında bildirib. Zelenski deyib ki, Ukrayna nümayəndə heyəti bu gün ABŞ-də Prezident Donald Trampın komandası ilə danışıqları davam etdirəcək və əsas məqsəd Birləşmiş Ştatlar liderinin elçiləri Stiv Uitkoff və Cared Kuşnerlə Rusiya Prezidenti Vladimir Putin arasında Moskvada keçirilən görüşdə nələrin deyildiyini aydınlaşdırmaqdır. Bundan əvvəl deyilmişdi ki, Mayamidə Uitkoff, Kuşnerlə Ukraynanın Milli Təhlükəsizlik və Müdafiə Şurasının katibi Rüstəm Umerov arasında görüş keçiriləcək. Sitat: “İndi bizim vəzifəmiz Rusiyada (danışıqlar zamanı) deyilənlər barədə tam məlumat əldə etməkdir ki, nə edəcəyimizi bilək. Ukrayna bütün tərəfdaşları ilə ləyaqətli sülh naminə mümkün qədər konstruktiv şəkildə işləyəcək”.