Ukrayna prezidenti Vladimir Zelenski Polşa prezidenti Anjey Dudanı “Azadlıq” ordeni ilə təltif edib.
Prezidentin müvafiq Sərəncamında qeyd edilir ki, Duda Ukrayna-Polşa beynəlxalq əməkdaşlığının möhkəmləndirilməsində müstəsna şəxsi xidmətlərinə, Ukraynanın dövlət suverenliyi və ərazi bütövlüyünə verdiyi dəstəyə görə təltif edilib.
“Polşa Respublikasının Prezidenti Duda Anjey “Azadlıq” ordeni ilə təltif edilsin”, – Tezadlar.az xəbər verir ki, 28 iyun tarixli sənəddə deyilir.
Xəbər verdiyimiz kimi, UNİAN-ın məlumatına görə, Polşa prezidenti Anjey Duda rəsmi səfərlə Kiyevə gəlib.
Məlumdur ki, bu, Dudanın Polşa prezidenti kimi Kiyevə sonuncu səfəridir. Avqustda o, artıq dövlət başçısı olmayacaq; onu builki seçkilərdə qalib gələn Karol Navroçki əvəz edəcək.
E.ŞİRİNOV







