Əsas məzmuna keç

ZELENSKİ: “DÜNYA PUTİNİN NÜVƏ SİLAHINDAN İSTİFADƏ EDƏ BİLƏCƏYİNƏ HAZIR OLMALIDIR”

Ukrayna prezidenti Vladimir Zelenski cümə günü CNN-ə deyib ki, dünyanın bütün ölkələri Rusiya prezidenti Vladimir Putinin Ukraynaya qarşı müharibədə taktiki nüvə silahından istifadə edə biləcəyinə hazır olmalıdır.

“Tək mən yox, bütün dünya, bütün ölkələr narahat olmalıdır, çünki bu, real məlumat olmaya bilər, amma doğru ola bilər. Ona görə də düşünməliyik, qorxmamalıyıq, amma hazır olmalıyıq. Amma bu, təkcə Ukrayna məsələsi deyil”, – deyə prezident bildirib.

E.ŞİRİNOV

Ən son xəbərləri “Təzadlar”ın Facebook səhifəsində izləyin

Sosial şəbəkələrdə paylaşın

Növbəti xəbər yüklənir…