Əsas məzmuna keç

ZELENSKİ ETİRAF EDİR Kİ, UKRAYNANIN RUSİYA İLƏ DANIŞIQLARA BAŞLAMASININ VAXTI ÇATIB

Vladimir Zelenski etiraf etməyə başladı ki, Ukraynanın Rusiya ilə danışıqlara başlamasının vaxtı çatıb.

Tezadlar.az xəbər verir ki, bunu ABŞ-ın yeni seçilmiş prezidenti Donald Tramp Parisdə Zelenski ilə görüşündən sonra deyib.

“O, sülhə nail olmaq istəyir. Bu, yeni bir şeydir. O, atəşkəs istəyir. O, sülh istəyir. O hesab edir ki, atəşkəs etmək vaxtıdır”, – amerikalı siyasətçi “New York Post” qəzetinə müsahibəsində deyib.

Trampın sözlərinə görə, görüşdə tərəflər mümkün atəşkəsin detallarını müzakirə etməyiblər.

E.ŞİRİNOV

Ən son xəbərləri “Təzadlar”ın Facebook səhifəsində izləyin

Sosial şəbəkələrdə paylaşın

Növbəti xəbər yüklənir…