Əsas məzmuna keç

ZELENSKİ HƏRBİ ƏMƏLİYYATLAR BİTMƏMİŞ PREZİDENT SEÇKİLƏRİNİN KEÇİRİLMƏSİNİ İSTİSNA EDİB

Ukraynada prezident seçkiləri yalnız hərbi əməliyyatlar bitdikdən sonra keçiriləcək.

Tezadlar.az xəbər verir ki, bu sözləri BBC-yə müsahibəsində hazırkı dövlət başçısı Vladimir Zelenski deyib.

“Qanunlara görə, seçkilər sülh şəraitində, hərbi əməliyyatların olmadığı bir vaxtda keçirilməlidir”, – TASS müsahibədən sitat gətirir.

Bundan əvvəl Ukrayna Milli Təhlükəsizlik və Müdafiə Şurasının katibi Oleksiy Danilov ölkədə parlament və prezident seçkilərinin keçirilməsi ilə bağlı çağırışlara cavab olaraq bildirmişdi ki, ölkədə elan edilmiş hərbi vəziyyətə görə seçkilər keçirilə bilməz.

Ukraynada növbəti parlament seçkiləri bu ilin oktyabrında, prezident seçkiləri isə gələn ilin yazında keçirilməli idi.

E.ŞİRİNOV

Ən son xəbərləri “Təzadlar”ın Facebook səhifəsində izləyin

Sosial şəbəkələrdə paylaşın

Növbəti xəbər yüklənir…