Axtarmaq üçün Enter düyməsinə basın
Sayt 1993-cü ildən fəaliyyət göstərən və Dövlət Reyestrində qeydə alınmış "Təzadlar" qəzetinin elektron versiyasıdır. Bütün hüquqlar qorunur.

Dünyanın sülhsevər ölkə rəhbərləri Rusiyanın Ukraynadakı müharibısini dayandırmağın yolları üzərində baş sındırır. Hərbi meydanda hələki ərköyünlük edən Putin isə konkret nə istədiyini açıq bildirmədiyindən bu baş tutmur. Nəhayət, ötən gün bəlli oldu ki, Ukrayna Xarici İşlər Nazirliyi Ukrayna və Rusiya prezidentləri Volodimir Zelenski və Vladimir Putinin görüşü üzərində işləyir. Tezadlar.az “Ukrainskaya pravda”ya istinadla bildirir ki, Ukrayna XİN başçısı Andriy Sibiha belə deyib. Sitat: “Üzərində işlədiyimiz mövqe prezidentlər səviyyəsində görüşdür. Biz bu görüşün genişləndirilmiş formatda ola biləcəyini ehtimal edirik”. O, əlavə edib ki, tərəflər hərbi əsirlərin mübadiləsini həyata keçirməyə razılaşıblar və bu proses artıq başlayıb. İndi Ukrayna Rusiyanın gələcək qeyd-şərtsiz atəşkəs barədə öz baxışını təqdim etməsini gözləyir. Oxşar sənəd Kiyevdə də hazırlanır. “Biz Prezident Trampın da buna qoşulmasını çox istərdik. Və biz həmişə israr edirik ki, mümkün gələcək danışıqlar masasında mütləq Avropa olmalıdır”. Ukraynanın sülh danışıqları üçün məkan olaraq Vatikanı nəzərdən keçirib-keçirmədiyi sualına cavab olaraq, XİN başçısı bildirib ki, Ukrayna hələ də Rusiya ilə atəşkəs danışıqları üçün Vatikanda görüşün keçirilməsində maraqlıdır.
İndi qalır Putinin şərtlərinə. Yenə də absurd şərtlər irəli sürüb müharibəni uzadacaqsa, bu artıq dünyaya meydan oxumaq, Trampı və Avropa ölkə rəhbərlərini ələsalma olacaq…
A.Məmmədli