3 Mart 2026 / 10:15

Zelenski İrandakı hakimiyyət dəyişikliyindən danışdı- BU DA ŞƏRT

“ABŞ və İsrailin İrana birgə hərbi hücumları fonunda “İranda dəyişiklik şansından” düzgün istifadə vacibdir”. Tezadlar.az “Ukrainskaya pravda”ya istinadla bildirir ki, bunu Ukrayna Prezidenti Volodimir Zelenski deyib. Sitat: “Amerikanın qətiyyəti və dünyadakı hər kəsin qətiyyəti həqiqətən nəticə verməlidir”. Zelenski X platformasında belə də yazıb. O, əlavə edib: “İran xalqı uzun müddətdir zorakılıq, İran rejimi qarşısında tək qalıb. Bu rejim son aylar on minlərlə vətəndaşını öldürüb, regionda müharibələri daim alovlandırıb, Rusiyaya ‘Şahed’lər, onların istehsal texnologiyasını verib. Rejim özünə bu münasibəti özü yaradıb”.
Zelenski qeyd edib ki, Ukraynanın kəşfiyyat xidməti və Xarici İşlər Nazirliyi İranda baş verənləri “yaxından izləyir”.
Bəs İranda nə gözlənilir? ABŞ- la danışıqlara gediləcək, yoxsa, sonadək Rusiya kimi, mənasız müharibəyə “hə” deyiləcək?
A.Məmmədli
Xəbər maraqlı gəldi? Sosial şəbəkələrdə paylaşın
Link kopyalandı!