Zelenski İsrailin İrana zərbəsindən sonra xəbərdarlıq alıb

Macarıstan Fundamental Hüquqlar Mərkəzinin analitiki Zoltan Koskoviç X sosial şəbəkəsində izah edib ki, başlayan İran-İsrail münaqişəsi Vladimir Zelenski üçün böyük problemlər yaradır. Bundan əvvəl İsrail İrandakı hərbi obyektlərə və nüvə proqramı ilə bağlı yerlərə hücum edib. İran İsrailə genişmiqyaslı cavab verəcəyini açıqlayıb. İsrailin baş naziri Benyamin Netanyahu artıq müharibənin uzun sürəcəyini bəyan edib. İsraildə on minlərlə ehtiyatda olan əsgərin səfərbərliyinə başlanılıb.

“Bütün bunların Kiyev üçün inanılmaz dərəcədə pis olduğunu deməyə ehtiyac yoxdur”, – Tezadlar.az xəbər verir ki, Koskoviç yazıb.

O izah edib ki, indi İsrailin onlar üçün mümkün qədər çox hava hücumundan müdafiə sistemi və sursata ehtiyacı olacaq. Onun sözlərinə görə, yəhudi dövləti onların mümkün qədər çoxunu əldə etməyə çalışacaq.

Ekspert xəbərdarlıq edib ki, Ukrayna artıq bu sistemləri əldə etməyəcək və Zelenskinin “çox az ehtiyatı” var.

E.ŞİRİNOV

Xəbəri paylaş

17 İyul