Axtarmaq üçün Enter düyməsinə basın
Sayt 1993-cü ildən fəaliyyət göstərən və Dövlət Reyestrində qeydə alınmış "Təzadlar" qəzetinin elektron versiyasıdır. Bütün hüquqlar qorunur.

Ukrayna Prezidenti Volodimir Zelenski bəyan edib ki, Belarus ərazisində Rusiyanın Ukraynaya qarşı pilotsuz uçuş aparatları ilə hücumlarını koordinasiya edən retranslyatorların fəaliyyəti dayandırılmasa, bir həftə sonra Ukrayna bu məsələni özü həll edəcək. Tezadlar.az “Ukrainskaya pravda”ya istinadla xəbər verir ki, Zelenski bu barədə mətbuat konfransında danışıb. Sitat: “Lukaşenko Belarusun rəhbəridir, Belarus isə bizim qonşu ölkəmizdir. Sərhəddə təhlükəsizlik bizim üçün çox vacibdir. O, çox yaxşı başa düşür ki, biz artıq böyümüş adamlarıq. Heç kim sadəcə sözlərə görə incimir. Amma söhbət mənim ölkəmin təhqir olunmasından gedirsə, biz buna etiraz edəcəyik və bunu unutmayacağıq. Bu məsələdə o, heç olmasa öz xalqına qarşı dürüst olmalıdır. Çünki müharibəyə onun özü deyil, ölkəsi Rusiyanın vasitəsilə cəlb oluna bilər. Onlar müharibənin ilk günlərindən məhz belə davranırlar”.