Əsas məzmuna keç

Zelenski Moskvaya “raketlə” gələcəyini dedi-PESKOV CAVAB VERDİ

“Zelenski Moskvaya gəlməkdən imtina etməyib. Hər halda bu barədə eşitməmişəm”. Tezadlar.az “İzvestiya”ya istinadla xəbər verir ki, bunu Kremlin rəsmi nümayəndəsi Dmitri Peskov Ukrayna Prezidenti Volodimir Zelenskinin Moskvaya “raketlə” gələcəyi barədə açıqlamasına münasibət bildirərkən deyib.

“Zelenski BMT Baş Assambleyası çərçivəsində bir çox açıqlamalar verir. Atəşkəslə bağlı bir daha bildiririk: münaqişənin həlli üçün dinc prosesə açığıq, lakin inanırıq ki, müvəqqəti atəşkəsə yox, sülhə çalışmalıyıq. Mövqeyimiz dəyişməyib”, – Rusiya prezidentinin mətbuat katibi Dmitri Peskov vurğulayıb.

Qeyd edək ki, dünən Ukrayna prezidenti Volodimir Zelenski rusiyalı jurnalistin “Moskvaya nə vaxt gələcəksiz?” sualına “raketlə” gələcəyini bildirib.

Ən son xəbərləri “Təzadlar”ın Facebook səhifəsində izləyin

Sosial şəbəkələrdə paylaşın

Növbəti xəbər yüklənir…