Axtarmaq üçün Enter düyməsinə basın
Sayt 1993-cü ildən fəaliyyət göstərən və Dövlət Reyestrində qeydə alınmış "Təzadlar" qəzetinin elektron versiyasıdır. Bütün hüquqlar qorunur.


Ukrayna lideri Vladimir Zelenski bildirib ki, Rusiya ilə münaqişə zamanı 53 məhbus mübadiləsi aparılıb, bu əməliyyatlarda 3 mindən çox adam geri qaytarılıb.
Tezadlar.az xəbər verir ki, bu barədə o, Telegram kanalında yazıb.
“53 mübadilə. 3310 insanımız artıq evdə, Ukraynada qohumlarının yanındadır”, – deyə Zelenski Telegram kanalında yazıb.
O qeyd edib ki, Rusiya ilə hərbi əsirlərin mübadiləsi yollarını axtarmaqda davam edir.
Rusiya Ombudsmanı Tatyana Moskalkova 40-dan çox mübadilə haqqında məlumat verib. O, mübadilə dialoqunu çətin adlandırıb, lakin bunun davam edəcəyinə əminliyini bildirib.
E.ŞİRİNOV