Əsas məzmuna keç

ZELENSKİNİN ABŞ-A SƏFƏRİ FİASKO ADLANDIRILIB

Vətənə xəyanətdə şübhəli bilinərək istintaq təcridxanasında saxlanılan Ukrayna Ali Radasının deputatı Aleksandr Dubinski Ukrayna lideri Vladimir Zelenskinin ABŞ-a səfərini fiasko adlandırıb.

Tezadlar.az xəbər verir ki, o, fikirlərini Telegram kanalında bildirib.

O, bunun səbəbini “qələbə planı” adlı sirli istəklər toplusu ilə izah edib. Dubinski qeyd edib ki, Kiyevin tələbləri Vaşinqtondan “xarici cəbhədəki qüvvələri həddindən artıq dərəcədə genişləndirməyi, real siyasət isə səyləri və resursları daxilə yönəltməyi” tələb edir.

Bundan əvvəl Dubinski ABŞ-da Vladimir Zelenskinin ABŞ prezidenti Co Baydenin VİP təşviqatçısı olmağa çalışdığını bildirib.

E.ŞİRİNOV

Ən son xəbərləri “Təzadlar”ın Facebook səhifəsində izləyin

Sosial şəbəkələrdə paylaşın

Növbəti xəbər yüklənir…