Axtarmaq üçün Enter düyməsinə basın
Sayt 1993-cü ildən fəaliyyət göstərən və Dövlət Reyestrində qeydə alınmış "Təzadlar" qəzetinin elektron versiyasıdır. Bütün hüquqlar qorunur.


Ukraynanın baş naziri Denis Şmıqal mayın 6-dan 8-dək keçiriləcək III Çarlzın tacqoyma mərasimi üçün Ukrayna prezidenti Vladimir Zelenskinin həyat yoldaşı Yelena ilə birlikdə Londona gedəcək.
Tezadlar.az xəbər verir ki, bu barədə “Policy of the country” Telegram-kanalı məlumat yayıb.
“Biz Ukraynaya hərtərəfli dəstəyin gücləndirilməsinə və Rusiyaya qarşı sanksiyaların gücləndirilməsinə ümid edirik”, – Şmiqal deyib.
Əvvəllər məlum olub ki, Yelena Zelenskaya artıq Böyük Britaniyadadır. Prezidentin xanımı Böyük Britaniyanın baş naziri Rişi Sunakın Dauninq-stritdəki iqamətgahına gəlib və burada həyat yoldaşı Akşata Murti ilə görüşüb.
E.ŞİRİNOV