Ötən gün Ukrayna Prezidenti Volodimir Zelenski Rusiya lideri Vladimir Putinin tezliklə öləcəyini söyləyib. Tezadlar.az xəbər verir ki, o, bunu “Eurovision News”un jurnalistləri ilə Putinin məqsədləri və qorxularından danışarkən deyib.
“O nədən qorxur – öz gücünü itirməkdən. Bu da cəmiyyətin sabitliyindən asılıdır, lakin onun yaşından da asılıdır – o tezliklə öləcək, bu faktdır və hər şey bitəcək”, – Zelenski müsahibəsində vurğulayıb.
72 yaşlı Putinin niyə “tezliklə” öləcəyini düşündüyünü Zelenski izah etməyib. BBC-yə görə, müsahibənin ümumi konteksti və bu ifadənin oradakı yeri Zelenskinin ən yaxın gələcəyi nəzərdə tutmadığını ehtimal etməyə imkan verir. Müharibə isə davam edir. Ötən gecə Ukrayna PUA- ları Rusiyanın bir neçə şəhərinə hücum edib.
Elçin

