23 İyul 2025 / 10:58

Zelenski Rusiya ilə bu dəfəki danışıqlara ciddi hazırlaşır

Artıq Ukrayna Prezidenti Rusiya ilə danışıqlar üzrə nümayəndə heyətinin tərkibini genişləndirib. Tezadlar.az “Ukrainskaya pravda”ya istinadla xəbər verir ki, Ukrayna Prezidenti Volodimir Zelenski Rusiya ilə danışıqlar üçün yaradılmış nümayəndə heyətinin tərkibini 12 nəfərdən 14 nəfərə çatdırıb. Prezidentin rəsmi saytında yayımlanan sərəncama əsasən, heyətə Ukrayna İnsan Hüquqları üzrə Müvəkkilinin (ombudsmanın) nümayəndəsi və Silahlı Qüvvələrin Baş Qərargahından daha bir nümayəndə əlavə edilib. TASS-ın yaydığı məlumata görə isə Rusiya tərəfinin İstanbul danışıqlarındakı nümayəndə heyətinin tərkibi dəyişməz qalıb. Heyət dörd əsas nümayəndə və dörd ekspertdən ibarətdir.

Artıq ABŞ Administrasiyası da bu danışıqlarda maksimum nəticəyə gəlmək üçün səyləri artırıblar.

A.Məmmədli

Xəbər maraqlı gəldi? Sosial şəbəkələrdə paylaşın
Link kopyalandı!