Axtarmaq üçün Enter düyməsinə basın
Sayt 1993-cü ildən fəaliyyət göstərən və Dövlət Reyestrində qeydə alınmış "Təzadlar" qəzetinin elektron versiyasıdır. Bütün hüquqlar qorunur.

“Rusiya hər gün Ukraynanın yaşayış məntəqələrinə hücum edir, belə şəraitdə Ukrayna Rusiya logistikasına cavab zərbələri endirir”. Tezadlar.az “Ukrainskaya pravda”ya istinadla xəbər verir ki, bunu Ukrayna Prezidenti Volodimir Zelenski bildirib. Onun sözlərinə görə, artıq 1 261 gündür ki, Ukrayna Rusiya təcavüzündən müdafiə olunur, ölkə Rusiyaya cavab zərbələri endirir. “Rusiya logistikası, bu ölkənin neft emalı, hərbi iqtisadiyyatı – bütün bunlar Ukraynadan ədalətli cavablar alır”, – V.Zelenski sosial şəbəkələrdə yazıb.
Rusiya Müdafiə Nazirliyi də oxşar bəyanatlar yaymaqdadır. Yaxın günlərdə isə Zelenski ilə Putinin ABŞ-da Trampın iştirakı ilə görüşü nəzərdə tutulub.
A.Məmmədli