Axtarmaq üçün Enter düyməsinə basın
Sayt 1993-cü ildən fəaliyyət göstərən və Dövlət Reyestrində qeydə alınmış "Təzadlar" qəzetinin elektron versiyasıdır. Bütün hüquqlar qorunur.

Ötən gün Ukrayna Prezidenti Volodimir Zelenski bildirib ki, ABŞ-nin dəstəyi olmadan ölkəsi Rusiya ilə müharibədə qalib gələ və ya onu öz şərtləri ilə başa çatdıra bilməz. Tezadlar.az “Ukrainskaya pravda”ya istinadla xəbər verir ki, o bu barədə ABŞ-yə səfəri çərçivəsində “Fox News” telekanalına müsahibəsində bildirib. V.Zelenskinin sözlərinə görə, ABŞ-nin dəstəyi olmadan ölkənin hava müdafiəsi əhəmiyyətli dərəcədə zəifləyəcək: “ABŞ-nin dəstəyi olmadan qalib gələ bilərikmi? Xeyr. Çünki, birincisi, bütün əsgərlər yalnız öz ailələri barədə düşünəcəklər. Və Amerika dəstəyi olmadan səmamız qoruya bilmərik. Hətta indi də bu çox çətindir. ABŞ-nin hava hücumundan müdafiə raketləri kimi dəstəyi həqiqətən faydalı və güclüdür. Rusiya yüzlərlə dron və raket istifadə edir və hava hücumundan müdafiə vasitələri kifayət etmir”, – o deyib.