Ukrayna prezidenti Vladimir Zelenski Vəliəhd Şahzadə Məhəmməd bin Salman Əl Səudla görüşmək üçün Səudiyyə Ərəbistanına gəlib.
Tezadlar.az xəbər verir ki, o, bu barədə Telegram kanalında yazıb.
“Bu gün Səudiyyə Ərəbistanı ilə təhlükəsizlik, enerji və infrastruktur sahələrində müqavilələr hazırlayırıq”, – Ukrayna lideri yazıb.
Bir müddət əvvəl Zelenski Aİ liderləri ilə görüşündə Kiyevə verilən 90 milyard avroluq kreditə görə onlara təşəkkür edərək, bunu “əla gün” adlandırıb. O, Ukraynanın məqsədinin böhranın sülh yolu ilə həlli olduğunu vurğulayıb.
E.ŞİRİNOV







