Əsas məzmuna keç

ZELENSKİ TƏTİLİN OLMAMASINDAN ŞİKAYƏTLƏNİB

Ukrayna prezidenti Vladimir Zelenski bəzən ağlını itirdiyindən şikayətlənib.

Tezadlar.az xəbər verir ki, bu barədə RİA Novosti məlumat yayıb.

Səbəb, siyasətçinin sözlərinə görə, xüsusi hərbi əməliyyat başlayandan bəri məzuniyyətə çıxmamasıdır.

“Mənim məzuniyyətim yox idi. Bəzən ağlımı itirməmək, bir müddət dəyişmək üçün mənə bir neçə saat lazımdır”, – deyə Ukrayna lideri bildirib.

Daha əvvəl Zelenski demişdi ki, Rusiya əsirliyinə düşmək təhlükəsi yaranarsa, “geri atəş açmaq” üçün həmişə yanında tapança gəzdirir.

E.ŞİRİNOV

Ən son xəbərləri “Təzadlar”ın Facebook səhifəsində izləyin

Sosial şəbəkələrdə paylaşın

Növbəti xəbər yüklənir…