Əsas məzmuna keç

ZELENSKİ TAPŞIRDI: ERMƏNİSTAN AVİAŞİRKƏTİ SANKSİYALANDI

Ukrayna Ermənistanın “Air Dilijans” aviaşirkətinə qarşı sanksiya tətbiq edib.

Tezadlar.az “Ukrainskaya pravda”ya istinadla bildirir ki, bu barədə Zelenski tapşırıq verib və müvafiq sənədi iyulun 1-də Ukrayna Prezidenti Volodimir Zelenski imzalayıb. Şirkətin sahibi gürcüəsilli Tamaz Qayaşvilidir.

V.Zelenskinin bu gün imzaladığı sənədlə rəsmi Kiyev ümumilikdə 190 fiziki və 291 hüquqi şəxsə qarşı sanksiya tətbiq edib. Onların əksəriyyəti Rusiya vətəndaşları və şirkətləridir. 
Siyahıya düşən şirkətlər Rusiya ilə əməkdaşlıqda olanlardır. Siyahının daha da böyüyəcəyi bildirilir.
XƏYYAM

Ən son xəbərləri “Təzadlar”ın Facebook səhifəsində izləyin

Sosial şəbəkələrdə paylaşın

Növbəti xəbər yüklənir…