Bakı vaxtı ilə dünən axşam saatlarında ABŞ- dasəfərdə olan Ukrayna Prezidenti Volodimir Zelenski Donald Trampla Ağ evdə keçirilmiş görüşü şərh edib. Tezadlar.az xəbər verir ki, bu barədə Ukrayna liderinin sosial şəbəkədəki səhifəsində müvafiq paylaşım yerləşdirilib. Sitat:
“Amerikaya təşəkkür edirəm, dəstəyə görə təşəkkür edirəm, bu səfərə görə təşəkkür edirəm. ABŞ Prezidentinə, Konqresə və Amerika xalqına təşəkkür edirəm. Ukraynanın ədalətli və davamlı sülhə ehtiyacı var və biz məhz bunun üçün çalışırıq”.
Xatırladaq ki, iki ölkə liderinin Vaşinqton görüşü əvvəlcə qalmaqalla keçib… Ukrayna Prezidenti amerikalı həmkarını Rusiya tərəfi ilə güzəştə getməməyə çağırıb. Tramp cavabında bildirib ki, Ukrayna “çətin vəziyyətdədir” və “əlində güclü kartlar” yoxdur.
Tramp isə deyib ki, ukraynalı əsgərlər inanılmaz şücaət göstəriblər, lakin ABŞ döyüşləri dayandırmaq və pulu “yenidənqurma kimi başqa məqsədlər üçün” istifadə etmək istəyir.
Daha sonra ABŞ Prezidenti “Truth Social” sosial şəbəkəsində Zelenskinin “sülhə hazır olmadığını” qeyd edən paylaşım yerləşdirib. Bundan sonra Ukrayna lideri Ağ evi tərk edərək Ukraynaya qayıdıb.
Hazırda Zelenski- Tramp- Putin görüşünə hazırlıq görülür. Hamı müharibənin dayandırılmasını gözləyir.
Müharibə isə davam edir.
A.Məmmədli