Zelenski Trampın dəstəyindən imtina edə bilər, əgər…

Oxunma sayı: 298

Yaranmış vəziyyət onu diqtə edir ki, Ukrayna ən pis ssenariyə, xüsusilə də Birləşmiş Ştatların dəstəyinin dayandırılmasına hazırlaşır. Tezadlar.az “Ukrainskaya pravda”ya istinadla xatırladır ki,  “Bild” qəzetinin baş redaktorunun müavini Paul Rontshaymer özünün müəllif məqaləsində yazıb. Sitat: “Biz ən pis ssenariyə, yəni ABŞ-nin dəstəyinin dayandırılmasına hazırlaşırıq”, – deyə Zelenski komandasındakı mənbə jurnalistə belə bildirib. Və həmin mənbə ABŞ Prezidenti Donald Trampın sülh planından məyusluğunu ifadə edib, əlavə edib ki, Tramp Rusiya Prezidenti Vladimir Putinə təzyiq göstərmir və Rusiyaya qarşı sanksiyalar tətbiq etmir. Ukraynalı diplomat Amerika Prezidenti tərəfindən səsləndirilmiş şərtlərin Kiyev üçün qəbuledilməz olduğunu vurğulayıb. Sitat: “Kağız üzərində yazılanlar və danışıqlarda bizə işarə edilənlər qəbuledilməzdir. Xüsusən də Krım məsələsində”.

Müharibə isə davam edir, ötən gün Ukrayna ordusu Rusiyanın Hava Hücumundan Müdafiə Sistemini və böyük bir silah- sursat bazasını darmadağın edib.

A.Məmmədli

Xəbəri paylaş

23 May