Ukrayna prezidenti Vladimir Zelenski ABŞ prezidenti Donald Trampın münaqişənin həllini gecikdirməkdə ittihamlarına cavab verdi.
Tezadlar.az bildirir ki, o, bu açıqlamanı Telegram kanalında yayımlanan video mesajında verib.
Zelenski Ukraynanın sülhə maneə olmadığını vurğulayaraq, razılaşmanın olmamasında Rusiyanı günahlandırıb.
O, ” Rusiyanın razılaşmalara ehtiyacı olmadığının açıq sübutu məhz Rusiya raketləri, Rusiyanın “Şahed” raketləri və Rusiyanın Ukraynanı məhv etmək cəhdidir” deyib.
Daha əvvəl “Reuters” agentliyinə verdiyi müsahibədə Tramp Zelenskini sülhə əsas maneə adlandırmışdı. O, Rusiya prezidenti Vladimir Putinin “razılaşmaya hazır olduğunu”, Kiyevin isə sülh müqaviləsi imzalamağa daha az hazır olduğunu söyləyib.
E.ŞİRİNOV







