Axtarmaq üçün Enter düyməsinə basın

Arxiv Təqvimi

Tarix seçin və həmin günün xəbərlərini görün

-- 0 xəbər
Xəbərləri Gör
24 İyun 2025 / 11:21

Zelenski Trampla NATO-nun Haaqa sammitində görüşəcəyinə ümid edir

Kanadada keçirilən Yeddilik Qrupu (G7) sammiti çərçivəsində ABŞ prezidenti Donald Trampla uğursuz görüşdən sonra Zelensky NATO liderlərinin Haaqa görüşündə onunla danışmağa ümid edir.

“Bəli, gedirəm” – deyən Zelenski “Sky News”-a müsahibəsində Trampla qarşıdan gələn alyans sammitində görüşməyi gözləyib-gözləmədiyi ilə bağlı suala cavab verib. “Nə olacağını bilmirəm. Komandalar işləyir, biz gedirik”.

O, mahiyyəti müzakirə etmək üçün ciddi danışıqların hazırlandığı, yoxsa sadəcə söhbətin aparıldığı sualına cavab verməkdən yayınıb və bildirib ki, indi müzakirə Amerika lideri ilə mümkün görüşün vaxtı barədədir.

Tramp iyunun 16-da keçirilən G7 sammitini vaxtından əvvəl tərk edib. Ağ Ev izah etdi ki, onun “bir çox vacib məsələləri həll etmək üçün vaxta ehtiyacı var”. Lakin sonradan “Financial Times” yazıb ki, səbəb Fransa prezidenti Emmanuel Makrona qarşı qıcıqlanma və Zelenski ilə görüşə maraq olmamasıdır.

Zelenski Kananaskisə Amerika lideri Kanadanı tərk etdikdən sonra gəlib. Lakin sammit ərəfəsində Ağ Ev Trampın Zelenski ilə görüşünü təsdiqləməyib və “Amerika liderinin görüşlərinin qrafikinin dəqiqləşdirildiyini” bildirib. Britaniyanın “The Guardian” qəzetinin adı çəkilməyən Ukrayna rəsmilərinə istinadən yazıb ki, Kiyev Trampın G7 sammitində Zelenski ilə görüşməməsindən məyus olub.

Şimali Atlantika Alyansının Haaqa sammiti iyunun 24-25-də keçiriləcək. Burada 45-ə yaxın dövlət və hökumət başçısının, 45 xarici işlər və müdafiə nazirinin, eləcə də 6000-ə yaxın nümayəndə heyəti üzvünün iştirakı gözlənilir. Keçən həftə “The Guardian” yazıb ki, Zelenski bu sammiti buraxa bilər, çünki Trampın iştirak edəcəyinə heç bir zəmanət yoxdur.

E.ŞİRİNOV

Xəbər maraqlı gəldi? Sosial şəbəkələrdə paylaşın
Link kopyalandı!