Axtarmaq üçün Enter düyməsinə basın
Sayt 1993-cü ildən fəaliyyət göstərən və Dövlət Reyestrində qeydə alınmış "Təzadlar" qəzetinin elektron versiyasıdır. Bütün hüquqlar qorunur.

Ukrayna Prezidenti Volodimir Zelenski Türkiyə siyasətinin gücünə və onun Moskva tərəfindən nəzərə alınacağına güvəndiyini deyib.
Tezadlar.az xəbər verir ki, bunu V.Zelenski Ankarada türkiyəli həmkarı Rəcəb Tayyib Ərdoğanla birgə keçirilən brifinqdə səsləndirib.
V.Zelenski qeyd edib ki, müharibə sona çatmalıdır.
“Rusiya bunun məsuliyyətini anlamalıdır. Bu məsələdə Türkiyə ilə eyni baxış bucağımız var. Türkiyəyə bütün dəstəklərinə görə minnətdaram”, – o vurğulayıb.
Ukrayna lideri, həmçinin müdafiə sənayesi üzrə ortaq istehsal layihələrindən də danışıb. Bildirib ki, bu istiqamətdə Türkiyə Prezidenti ilə ikitərəfli görüşdə müzakirələr aparıb.
“Ortaq istehsal layihələri və siyasi müstəvidəki əməkdaşlığımızı da müzakirə etdik”, – deyə o bildirib.