Axtarmaq üçün Enter düyməsinə basın

Arxiv Təqvimi

Tarix seçin və həmin günün xəbərlərini görün

-- 0 xəbər
Xəbərləri Gör
21 Avqust 2024 / 11:33

ZELENSKİ UKRAYNA SİLAHLI QÜVVƏLƏRİNİN DONBASSDAKI VƏZİYYƏTİNDƏN DANIŞIB

Ukrayna Prezidenti Vladimir Zelenski Telegram kanalında Donetsk Xalq Respublikasında Ukrayna Silahlı Qüvvələri üçün Toretski və Pokrovski istiqamətlərində çətin vəziyyət yarandığını bildirib.

Tezadlar.az xəbər verir ki, bu barədə dövlət başçısı Ukrayna qoşunlarının Ali Baş Komandanı Aleksandr Sırskinin məruzəsindən sonra bildirib.

“Ali Baş Komandan Sırskinin məruzəsi var idi. Pokrovski və Toretsky istiqamətlərində cəbhə müdafiəsi. Bu, çətin vəziyyətdir”, – Zelenski qeyd edib.

Bundan əvvəl Rusiya Müdafiə Nazirliyinin mətbuat xidməti Rusiya Silahlı Qüvvələrinin Mərkəz qoşun qrupunun hərbi qulluqçularının DXR-in Jelannıye kəndini nəzarətə götürdüyü barədə məlumat vermişdi. Donbasın bir neçə yaşayış məntəqəsi yaxınlığında Ukrayna ordusunun 23, 53, 151-ci mexanikləşdirilmiş briqadalarının və Milli Qvardiyanın 15-ci briqadasının birləşmələri də məğlub edilib.

E.ŞİRİNOV

Xəbər maraqlı gəldi? Sosial şəbəkələrdə paylaşın
Link kopyalandı!