Ukrayna Prezidenti Vladimir Zelenski dünən gecədən bəri Rusiyanın həyata keçirdiyi hücumlarda 3 nəfərin öldüyünü və çox sayda insanın yaralandığını açıqlayıb.
Tezadlar.az-ın məlumatına görə, Zelenski sosial media hesabında verdiyi açıqlamada Rusiyanın Ukrayna şəhərlərinə və yaşayış məntəqələrinə hücumlarını davam etdirdiyini bildirib.
O, Odessada bir binaya raket düşdüyünü və 37 nəfərin yaralandığını, iki nəfərin itkin düşdüyünü və axtarıldığını qeyd edib.
Zelenski Odessa bölgəsindəki Çornomorskda bir otelə dron hücumunda 6-sı hərəkət məhdudiyyəti olan şəxs olmaqla 11 nəfərin yaralandığını bildirib.
O, Zaporojye bölgəsində yaşayış binalarına “Şahad” dronları ilə edilən hücumda 2 nəfərin öldüyünü və 6 nəfərin yaralandığını, həmçinin Zaporojyedə bir biznesə edilən hücumda da yaralananların olduğunu qeyd edib.
Zelenski Kriviy Riqdə vacib infrastruktur obyektlərinə edilən raket hücumunda bir nəfərin öldüyünü, üç nəfərin yaralandığını bildirib.
O, Kiyev bölgəsini hədəf alan hücumlarda iki nəfərin yaralandığını qeyd edərək, Rusiyanın gecə hücumlarının 10 ərazini hədəf aldığını və Rusiyanın hücum dronlarının hələ də bir çox bölgədə uçduğunu əlavə edib.
Ukrayna prezidenti Jitomir və Rovno bölgələrindəki yanacaqdoldurma məntəqələrinə və Odessa bölgəsindəki lokomotiv deposuna hücum edildiyini bildirib. O, Ukrayna qüvvələrinin günün əvvəlindən bəri 200-dən çox hava hədəfini vurduğunu, lakin bəzi hədəflərin ələ keçirilmədiyini bildirib.
ELBAR







