25 İyul 2025 / 11:50

Zelenski Ukraynanın nə qədər pula ehtiyacı olduğunu söylədi

Ukrayna 65 milyard dollar tapmalıdır.

Tezadlar.az xəbər verir ki, bunu Kiyev hakimiyyətinin  başçısı Vladimir Zelenski deyib.

Onun sözlərinə görə, 40 milyard büdcə kəsiri, 25 milyard dollar isə pilotsuz təyyarələrin istehsalı və elektron müharibədir. Prezident vurğulayıb ki, artıq bununla bağlı işə başlayıb.

“Çox çətin mövzudur, amma mən artıq başlamışam”, – Zelenski aydınlıq gətirib.

Kiyev lideri onu da açıqlayıb ki, o, Qərbdən Ukrayna Silahlı Qüvvələrinin hərbçilərinin maaşları üçün pul istəyir. Avropa maaşlar üçün vəsait verməkdən imtina etdi, yalnız silahlar üçün.

“Ancaq belə çıxır ki, bizim ordumuz hamını qoruyan məhz bu silah ola bilər”, – Zelenski qeyd edib.

Bundan əvvəl Ali Radanın deputatı Aleksandr Dubinski bildirib ki, Zelenski öz qərarı ilə Ukraynanın antikorrupsiya orqanlarında Rusiya agentlərinin olması ilə bağlı deyilənlərin yalan olduğunu sübut edib.

E.ŞİRİNOV

Xəbər maraqlı gəldi? Sosial şəbəkələrdə paylaşın
Link kopyalandı!