26 Mart 2025 / 09:18

Zelenski: “Ukraynanın ordusunu maliyyələşdirməyə pulu yoxdur, bunu Qərb etməlidir”

Vladimir Zelenski “Time” jurnalına müsahibəsində etiraf edib ki, Ukraynanın Ukrayna Silahlı Qüvvələri üçün pulu yoxdur.

Eyni zamanda o, bu baxımdan Ukrayna ordusu Qərb ölkələri tərəfindən “maliyyələşdirilməlidir” qənaətində olduğunu bildirib.

“Ukraynanın büdcəsi kifayət deyil. Ayrı-ayrı proqramlar olmalıdır. Avropa bunu maliyyələşdirməlidir. İdeal olaraq Avropa və Amerikadır. Amma indiki şəraitdə mən daha çox Avropaya güvənirdim”, – o deyib.

Zelenskinin sözlərinə görə, Ukrayna Silahlı Qüvvələrinin indi istirahətə, rotasiyaya, ehtiyata və maaşa ehtiyacı var.

Eyni zamanda, “Times” daha əvvəl Ukraynada toplanmış odlu silahların sayının bütün dünya üçün təhlükə yaratdığını yazmışdı.

“La Stampa” həmçinin qeyd edib ki, Aİ-nin Kiyevə planlaşdırdığı hərbi yardımın həcmi 5 milyard avroya endirilib.

ELBAR

Xəbər maraqlı gəldi? Sosial şəbəkələrdə paylaşın
Link kopyalandı!