Əsas məzmuna keç

Zelenski Vatikanda Trampla görüşüb, ondan bunu istəyib

Ötən gün ABŞ Prezidenti Donald Tramp açıqlama yayıb ki, Vatikan görüşü zamanı Volodimir Zelenski ondan daha çox silah istəyib. Tezadlar.az Reuters ə istinadla bildirir ki, Tramp bu barədə Morristaun hava limanında jurnalistlərlə söhbəti zamanı danışıb. sitat: “Zelenski mənə dedi ki, ona daha çox silah lazımdır, amma o, bunu artıq üç ildir ki, deyir…”.

Trampın sözlərinə görə, bu dəfə söhbət zamanı Zelenski əvvəlkilərlə müqayisədə daha sakit davranıb.

Əslində, Trampın silah istəmə məsələsini bu qədər qabartması o deməkdir ki, ABŞ prezidenti düşünür ki, əgər Zelenski daha çox silah istəyirsə, deməli, o, sülhün deyil, müharibənin davam etməsini istəyir. Amma Avropa mediası da yazır ki, silah istəmək özünü müdafiə üçündür, əks halda, Rusiya Ukraynanı bütünlüklə işğal edə bilər.

A.Məmmədli

Ən son xəbərləri “Təzadlar”ın Facebook səhifəsində izləyin

Sosial şəbəkələrdə paylaşın

Növbəti xəbər yüklənir…